Çərşənbə axşamı 21 Fevral 2017

ATU-nun iki tələbəsi təhsilini Avropada davam etdirəcək

Samirə Səmədova - 21/02/2017
12

Azərbaycan Texnologiya Universitetinin iki magistrantı “Erasmus+” tələbə mübadiləsi proqramı çərçivəsində bir semstrlik Avropada təhsil almaq imkanı əldə edib. Onlar 2016/2017-ci tədris ilinin 2-ci semestri ərzində təhsillərini Slovakiyanın paytaxtı Bratislava şəhərində yerləşən Pan Avropa Universitetində davam etdirəcəklər.

Gəncə Dövlət Kukla Teatrında Xocalı soyqırımı səhnələşdiriləcək

Kamilə Seyidli - 21/02/2017
4

Gəncə Dövlət Kukla Teatrında 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə baş vermiş Xocalı soyqrımı səhnələşdiriləcək. Şair Məmməd Alimin “Kuklaların əvəzinə” adlı poeması əsasında teatrın rejissoru Xudayət Əsgərovun hazırladığı tamaşa səhnələşdiriləcək. Teatrın baş rejissoru Fərmail Paşayevin hazırladığı “Xocalı tonqalları” ədəbi-bədii kompozisiyası tamaşasevərlərə təqdim olunacaq.

GDU-da “Dövlət Qulluğuna Hazırlıq Proqramı” çərçivəsində ödənişsiz kurslar təşkil olunacaq

Rəvanə Hacıyeva - 21/02/2017
14

Gəncə Dövlət Universiteti tələbələri üçün “Dövlət Qulluğuna Hazırlıq Proqramı” çərçivəsində ödənşsiz kursların qeydiyyatına start verir. 3 ay müddətində davam edəcək kurslar, Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən təsdiq olunmuş istiqmətlər üzrə; Qanunvericilk, İnformasiya texnologiyaları və Məntiqi düşünmə qabiliyyəti üzrə aparılacaq.

ADAU-da Almaniyada təhsillə bağlı imtahan keçirilib

Samirə Süleymanlı - 21/02/2017
9

Azərbaycan Dövlət Aqrar Universiteti ilə Almaniyanın Weihenstephan-Triesdorf Tətbiqi Elmlər Universiteti arasında bağlanmış əməkdaşlıq müqaviləsi çərçivəsində Weihenstephan-Triesdorf Universitetinin əməkdaşı xanım Franziska Rupp 2017-ci il 16-17 fevral tarixlərində ADAU-da rəsmi səfərdə olub və Weihenstephan-Triesdorf universitetində magistr təhsili almaq istəyən tələbələr üçün seçim imtahanı aparıb.

Hadisə

Cəmiyyət